AZ

“Difai Ağsu” araşdırmanın yekununu gözləyir

Hüquq-mühafizə orqanları ölkə futbolunda danışılmış oyunlarla bağlı daha bir əməliyyat keçirib.

1-ci liqanın 10-cu turunun “Zaqatala” – “Difai Ağsu” matçı şübhəlilər siyahısına düşüb. Həmin oyunda başverənlərə görə Ağsu təmsilçisinin 6 futbolçusu saxlanılıb. Hazırda onlarla bağlı araşdırma davam edir. Xatırladaq ki, dekabrın 6-da Zaqatalada keçirilən qarşılaşmada qonaqlar 2:0 öndə olsalar da, ev sahibi komanda matçdan 4:2 hesabı ilə qalib ayrılıb. “Difai Ağsu” qələbəni oyunun sonlarında əldən verib. Qonaqlar 90, 90+4 və 90+6-cı dəqiqələrdə qapısından 3 qol buraxıb.

Bu haqda fikirlərini və saxlanılan oyunçuların kim olduğunu öyrənmək ücün “Difai Ağsu”nun baş məşqçisi Elgiz Kərəmli ilə danışdıq:

“Hüquq-mühafizə orqanları çağırıb izahatların alıblar, lakin həmin gün də buraxıblar. İndi komanda ilə birlikdə növbəti oyuna hazırlaşırlar. Həm inanmıram, həm də inanmaq istəmirəm ki, bizim komandada belə hallar olub. Ümid edirəm ki, araşdırmadan sonra bizim üçün bir problem yaranmayacaq. Biz də məlumatsızıq, araşdırmanın cavabını gözləyirik. Ad çəkmək istəməzdim, çünki oyunçuların psixoloji durumu onsuz da yaxşı deyil, adlarını mətbuatda oxusalar, əlavə təzyiq olar. Vacib oyunlardan öncə belə durumun yaşanması komanda üçün heç də yaxşı olmadı. Hazırda bütün komandanı psixoloji cəhətdən oyuna hazırlamağa çalışıram”.

ELMİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla