AZ

Zaxarova: Moskva xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Yenisabah.az xəbər verir ki, bBunu həftəlik brifinqdə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin təşviqinə yardım etməyə davam etməyə hazırıq”, - deyə Zaxarova vurğulayıb.

O xatırladıb ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Zaxarova qeyd edib ki, danışıqların gündəliyinə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri daxildir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla