AZ

Erməni arxiyepiskop təqib olunur

Eçmiədzinin Ana Taxtı kansleriyasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan həqiqətən də Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. News365.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl "168.am" saytı yazmışdı ki, hakimiyyət arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat iştirakçılarını təqib etməyə başlayıb. O cümlədən, Arşak Xaçatryan da bu səbəbdən MTX-yə aparılıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. Etiraz aksiyalarını əsas idarəçiləri kimi isə dindarlar, keşiş Baqrat Srbazyan önə çıxır.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla