AZ

800 erməni yük maşını nə Rusiyaya keçə bilir, nə də əksinə

800-ə yaxın erməni yük maşını “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsinə gedən yolda iliş qalıb. Sərhədin həm Gürcüstan, həm də Rusiya tərəfində yük maşınlarının böyük növbələri yaranıb. News365.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Xarici KİV yazır ki, mayın 7-nə keçən gecədən etibarən Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol ağır yük maşınlarının hərəkəti üçün bağlanıb. Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində isə əlverişsiz hava şəraiti ilə əlaqədar keçid qadağan olunub.

Hazırda Gürcüstanda 400-ə yaxın erməni yük maşını dayanıb. Daha 400 maşın isə sərhədin Rusiya tərəfində yolda qalıb.

Xatırladaq ki, Gürcüstan üçün mühüm strateji yol sayılan bu ərazi hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Bura vaxtaşırı müxtəlif səbəblərdən bağlanır.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla