AZ

“Araq mafiyası”: Ölümə aparan “ləzzət”

“Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” şərabı var idi. Deyirdilər, “Ağdam” şərabı ilə Rusiyanı işğal edəcəyik”.

Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarına təklif edilən dəyişikliyin müzakirəsində deyib.

Deputat bildirib ki, indi də Azərbaycanın yaxşı şərabları var:

“Amma idxal yoxdur. Kənara çıxara bilmirik. Deməli, ya bunun keyfiyyəti aşağıdır, ya da iş düzgün qurulmayıb. Rayonlara gedəndə marketlərə baxırsan, qəşəng adlı araqları qoyublar, amma qiyməti 3 manat, 4 manat. Baxanda bilinir ki, saxtadır. Bəs, buna lisenziyanı kim verib? Mənim cavan dostum saxta araqdan rəhmətə getdi”.

Saxta spirtli içkilərin istehsalı barədə “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ölkədə spirtli içkilər sektorunda böyük xaos mövcuddur:

“Hazırda Azərbaycanda dünya standartlarına uyğun spirtli içkilər istehsal edən müəssisələrlə yanaşı, saxta spirtli içkilər istehsal edən sexlər də var. Bu azmış kimi, evlərdə, şadlıq evlərinin zirzəmilərində spirtli içki istehsalı da mövcuddur.

Xatırladım ki, 3 il əvvəl Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə apardığı əməliyyat tədbirləri nəticəsində bəlli oldu ki, xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş şüşə butulkaları yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışa çıxarılır.

Məhz bunun ciddi səbəblərindən biri budur ki, Azərbaycan höküməti biznes qurumları üçün rahat, toxunulmaz şərait yaradıb. Bu toxunulmazlıq şəraitindən biznes qurumları istifadə edir. Dövlətin işini düzgün qiymətləndirmirlər, eləcə də istehlakçıların hüquqlarını pozurlar".

Birliyinin sədri qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin cevik yoxlama mexanizmi yoxdur:

"Belə ki, mənə insanlar gecə saatlarında regionlardan zəng edirlər ki, saxta araq satılır. Bu vaxtı hansı dövlət qurumu gedib məsələni araşdıracaq? Qida sektorunda yoxlama prosesi sadələşdirilməlidir, bürokratik əngəllər aradan qaldırılmalıdır.  Hazırda biznes qurumları bu boşluqlardan istifadə edir”. 

Saxta spirtli içkilərin insan orqanizminə təsiri barədə "Cebhe.info"-ya danışan farmakoloq-həkim Aydın Əliyev bildirib ki, saxta spirtli içkilərin tərkibindəki etil spirt tibbdə ən çox istifadə olunan maddədir:

"Lakin bunun da dərəcələri var, etil spirtinin bir cəhəti var ki, baş-beyinə keçir və orada oyanıqlıq yaradır, beyində ləngimələr yaradır, adekvatlıq itir. Qanda onun miqdarı normanı keçdikdə, insan beynində tənəffüs mərkəzində iflicini törəyir və ölümlə nəticələnir. Daxili orqanlar da zədələnir. Spirtin özünün də ləngidici funksiyası var, bu spirtin tərkibinə əlavə maddələr də qatıldıqda artıq bu zəhərə çevrilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
Mənbələr
Şərh ()
Bağla