AZ

Daha bir keşiş Paşinyana meydan oxudu – “Biz hamını bu fırıldaqçılardan xilas etməliyik...”

“Bəli, bu hərəkat yönləndirilib və onu əlbəttə, Allah yönəldir”.

“AzPolitika” xəbər verir ki, bunu mayın 8-də Gümrü şəhərində jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Adjapaxyan Ermənistanın Baş naziri Nikol Paşinyanın onun iqtidarına qarşı olan hərəkatın eks-prezident Robert Koçaryan tərəfindən idarə olunduğu barədə bəyanatını şərh edərkən deyib.

“Biz hamını bu yalandan, aldatmadan, alçalmaqdan, o cümlədən fırıldaqçılardan xilas etmək istəyirik”, - Adjapaxyan bildirib. Onun sözlərinə görə, onlar heç bir şəkildə demarkasiyaya qarşı deyillər, lakin bunu xalqı müharibə ilə şantaj etməklə həyata keçirmək olmaz.

“Sülh müqaviləsindən əvvəl demarkasiya olmamalıdır, demarkasiya sülh müqaviləsi imzalanandan sonra başlamalıdır. Heç bir sivil ölkə təhdidlər vasitəsilə sərhədlərini çəkə bilməz. Demarkasiya müharibə hədəsi ilə həyata keçirilmir. Amma ölkəmizin başçısı bunu başa düşmür”, – arxiyepiskop bildirib.

Adjapaxyan 2018-ci ildə Paşinyanın başlatdığı hərəkata dəstək verməklə hamı kimi səhv etdiyini deyib. “Artıq aprelin 25-də səhvimi başa düşdüm. Bu səhv məni incidir”.

Arxiyepiskop əmindir ki, hakimiyyət başlayan hərəkatdan qorxur. Lakin o, Paşinyanın din xadimlərinin siyasətə qarışmaması fikri ilə razılaşmır. “Mən həmişə bu fikri bölüşməmişəm və bütün hakimiyyətlərin dövründə fəal siyasi fikirlər səsləndirmişəm. Laqeydlik ölümcül günahdır, biz Ermənistanda baş verən dövlətçiliyimizi və təhlükəsizliyimizi təhdid edən proseslərə biganə qala bilmərik”, - deyə keşiş bildirib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
15
Mənbələr
Şərh ()
Bağla