AZ

Lənkəranda evdən 8 min dollar və 930 min rubl oğurlandı

Image

Lənkəranda evdən oğurluq edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930 000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

Araşdırmalar davam etdirilir.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
13
baki-xeber.com

10Mənbələr