AZ

Fitch Solutions: Nəqliyyat dəhlizləri Azərbaycana yatırılan investisiyaları artıracaq

Yeni və mövcud ticarət dəhlizləri Azərbaycanda növbəti onillikdə investisiya artımının mühüm sahəsi olacaq.

Bu barədə “Fitch Solutions” (FS) şirkətinin hesabatında qeyd edilib. FS analitikləri hesab edir ki, Şimal-Cənub və Orta Dəhliz boyunca əhəmiyyətli ticarət infrastrukturunun inkişafı ixracı və tranzit ödənişlərindən dövlət gəlirlərini artıra bilər.

Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropaya birləşdirən Orta Dəhliz ticarət marşrutuna qlobal marağın yenidən artmasına səbəb olub: “Dünya Bankı hesab edir ki, Orta Dəhliz üzrə ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artacaq. Azərbaycan Xəzər dənizi sahili sayəsində Mərkəzi Asiyanı Qafqaza, oradan da Avropaya birləşdirən bu ticarət yolunun mühüm hissəsi olacaq”.

Bundan əlavə, Rusiya İranla ticarəti artırmaq və cənuba əmtəə ixracını artımaq üçün Şimal-Cənub dəhlizi boyunca infrastrukturun yaxşılaşdırılmasında maraqlıdır: “Həqiqətən də, 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər Azərbaycan və İran arasında dəmir yolu yükdaşımaları 28% artıb, Rusiyadan Azərbaycana idxal da illik müqayisədə 16% artaraq 3,2 milyard ABŞ dollarını keçib. Azərbaycanın Şərqlə Qərb, Şimal və Cənub arasında strateji kəsişmə nöqtəsində yerləşən coğrafi mövqeyi onun Qoşulmama Hərəkatının sədri kimi geosiyasi mövqeyini təqdir edir. Məsələn, 2017-ci ildən tikintisi davam etdirilən Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun 2023-cü ilin oktyabrında açılışı olub, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsi işləri 2024-cü ildə başa çatdırılıb”.

FS-nin açıqlamasında həmçinin qeyd edilib ki, dəyişikliklər, ticarət həcminin daha çox artacağı ilə bağlı gözləntilər Çin və Avropa İttifaqı arasında Orta Dəhliz marşrutu ilə yükdaşıma qabiliyyətini beş dəfə artıracaq: “Biz bununla bağlı sabit sərmayənin əvvəlki onillikdəki 3% azalmadan, növbəti beş ildə orta hesabla illik 6,3% artacağını proqnozlaşdırırıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
4803
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
4738
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
843
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
807
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
781
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
776
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
455
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
425
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
289
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
274
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
238
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
139
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
125
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
120
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Arda dubl etdi - VİDEO
115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
95
“Mançester Siti” İngiltərə çempionu olub
92