AZ

“Toyota” xalis mənfəətdəREKORDA İMZA ATDI!

“Toyota Motors” mart ayına qədər olan maliyyə ilində 45,1 trilyon yapon yeni gəlirlə 4,94 trilyon yen rekord xalis mənfəət əldə etdiyini açıqlayıb. Bu da indiyə kimi müəssisə üçün ən yüksək göstəricisidir.

Bu rəqəmlər “Toyota”nın fevral ayı üzrə proqnozlaşdırdığı 43,5 trilyon yen gəlir və 4,5 trilyon yen xalis mənfəətini ötüb.

Məlumat üçün bildirək ki, “Toyota”nın bundan əvvəlki rekord göstəricisi 2021-2022-ci illərdə üzrə xalis mənfəəti 2,85 trilyon yen olub.

Satış həcminə görə dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota” investisiyalar hesabına cari maliyyə ilində xalis gəlirin 27,8 faiz azalaraq 3,57 trilyon yen olacağı barədə xəbərdarlıq etmişdi.

2023-2024-cü illərin nəticələri, xüsusilə yenin zəifləməsi ilə xarici valyuta təsirləri, həmçinin hibrid avtomobillərin sürətli satışı ilə dəstəkləndi.

Keçən ay “Toyota” 2023-2024-cü maliyyə ilində bütün modellərini əhatə edərək 11,1 milyon avtomobil satdığını, beş faizlik artımla satışın ilk dəfə 10 milyonu ötdüyünü açıqladı. Bunun da ən böyük amili hibrid avtomobil satışlarının 31 faiz artaraq 3,7 milyona çatması olub.

Orxan Vahidoğlu, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla