AZ

Rusiyada futbol oyunu zamanı məşqçi başından aldığı dirsək zərbəsindən öldü

Moskvanın “Dinamo” komandasının baş məşqçisi Yeqor Kaşin bir gün əvvəl Soçidə futbol matçı zamanı dünyasını dəyişib.

Editor.az bu barədə “Baza” Telegram kanalına istinaən yazır: “23 yaşlı məşqçi və komandası Soçidə mayın 7-də “Dinamo” ilə həvəskar komanda arasında keçirilən yoldaşlıq oyunu zamanı Kaşinə dirsəklə zərbə endirib və zərbədən sonra məşqçi beyin qanaması keçirib”, – Telegram kanalı bildirir. Gələn təcili tibbi yardım komandası idmançını xilas edə bilməyib – o, meydançada ölüb.

Hazırda ölümün son səbəbi müəyyənləşdirilir. Xatırladaq ki, Yeqor Kaşin Moskva yaxınlığındakı “Murom” futbol komandasında futbolçu karyerasını başa vurduqdan sonra bu ilin əvvəlində Moskva “Dinamo” akademiyasının məşqçisi kimi fəaliyyətə başlayıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla