AZ

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

DSMF

Bakı, 8 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mayın 17-də saat 15:00-da Gəncə şəhərində Göygöl və Gəncədən olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.

Bu barədə AZƏRTAC-a Fondun mətbuat xidmətindən məlumat veriblər.

İctimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Gəncə şəhərində yerləşən regional filialına və Göygöldə yerləşən qəbul şöbəsinə yaxınlaşıb, yaxud Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət və ya (012) 432-02-30 telefon nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
azertag.az

2Mənbələr