AZ

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

İsrail

Bakı, 8 may, AZƏRTAC

İsrail Qəzza sektoruna humanitar yardımın çatdırılması üçün əsas istiqamətlərdən biri olan Kerem-Şalom keçid məntəqəsini yenidən açıb. SAXAL mayın 5-də HƏMAS hərəkatının hücumu nəticəsində dörd əsgərin ölümündən sonra həmin sərhəd-keçid məntəqəsini bağlamışdı.

AZƏRTAC xəbər verir ki, Misirdən humanitar yardım daşıyan yük maşınları Qəzza sektoruna daxil olmaq üçün artıq yoxlamadan keçib.

BMT bir gün öncə İsrail ordusunun Rəfah nəzarət-buraxılış məntəqəsini ələ keçirməsindən sonra humanitar yardımın çatdırılması üçün “iki əsas arteriya”nın – Rəfah və Kerem-Şalom keçid məntəqələrinin bağlandığını və Qəzza sektorunun cənubundakı fələstinlilərə humanitar yardımın göstərilməsinin mümkün olmadığını bildirmişdi.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla