AZ

“Göstəririk ki, Premyer Liqada elə-belədən qalmamışıq” – “Kəpəz”in futbolçusu

“Premyer Liqada qalsaq da, sona qədər oynamağa çalışırıq. Yaxşı oyunla azarkeşlərimizi sevindirmək istəyirik. Göstəririk ki, Premyer Liqada elə-belədən qalmamışıq. Bu bir xal bizim üçün yaxşı nəticədir. Çünki qarşımızda “Sumqayıt” kimi güclü komanda var idi. Onlara uğurlar arzu edirəm. Məncə, bu mövsüm avrokuboklara vəsiqə qazanacaqlar”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Elmir Tağıyev “kimyaçılar”la görüş (1:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bu oyun çempionatdakı ən çətin görüşlərdən idi. Sona qədər mübarizə apardıq, təslim olmadıq. Qırmızı vərəqə ilə qol vurmağı bacardıq. Bu, çox yaxşı idi. Həmişə maraqlı və sona qədər oynamaq istəyirik. Məşqçilər heyəti də bizdən bunu istəyir”.

Yayda “sarı-göylərlə”lə müqaviləsi bitəcək olan futbolçu komandada qalıb-qalmayacağı barədə suala belə cavab verib:

“Mövsüm bitindən sonra bu barədə danışacağıq. Rəhbərliklə görüşməmişik. Hazırda başqa klublardan təkliflərim yoxdu. Mənim üçün daimi oynamaq vacibdir. Transfer məsələsində birinci menecerimlə, sonra məşqçi ilə oturub danışacağıq. Amma bu saat üçün konkret bir şey yoxdur”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
idmanxeber.az

1Mənbələr