AZ

Ölkəmizdə yaşıl və dayanıqlı dövlət satınalmalarının tətbiqi məsələləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dünya Bankının “Avropa və Mərkəzi Asiya Regionunda (ECA) yaşıl dövlət satınalmalarının (GPP) tətbiq edilməsi” təşəbbüsü çərçivəsində fəaliyyət göstərən "Impacti Solutions" təşkilatının birgə təşkilatçılığı ilə seminar keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, "Yaşıl dövlət satınalmaları: Azərbaycanın yaşıl inkişaf strategiyasının aparıcı qüvvəsi" mövzusunda baş tutan seminara ölkədə satınalmaların planlaşdırılması, həyata keçirilməsi və monitorinqi ilə məşğul olan dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektləri də qatılıb.

Seminarın keçirilməsində əsas məqsəd iştirakçılara yaşıl dövlət satınalmalarının əsas elementləri və ümumilikdə yaşıl satınalma konsepsiyaları haqqında ətraflı məlumat vermək, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycanda mövcud satınalma proseslərinin yaşıl dövlət satınalmaları prinsiplərinə inteqrasiyasını gücləndirməkdir.

Tədbirin açılış nitqini Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ediblər. Daha sonra Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, Dünya Bankının eksperti Günel Səfərəliyeva və "Impacti Solutions" təşkilatının eksperti Olena Maslyukivska müvafiq olaraq dövlət satınalmaları sahəsində qanunvericiliyin tələbləri və yaşıl dövlət satınalmaları ilə bağlı təqdimatla çıxış ediblər.

Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev hazırda dünyanın 130-a yaxın ölkəsində yaşıl dövlət satınalmaları konsepsiyası və layihələrinin uğurla tətbiq olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yaşıl dövlət satınalmalarının mövcud qanunvericiliyə inteqrasiyası, bu istiqamətdə ictimai məlumatlandırma strategiyasının hazırlanması, müvafiq maarifləndirmə tədbirlərinin aparılması planlaşdırılır.

İnteraktiv formada təşkil olunmuş tədbirdə ölkəmizdə yaşıl dövlət satınalmalarının həyata keçirilməsi üçün potensial imkanlar, cari vəziyyətin qiymətləndirilməsində mövcud alətlər müzakirə olunub, beynəlxalq təcrübədən nümunələr üzərində araşdırmalar aparılaraq praktiki tapşırıqlar yerinə yetirilib.

Tədbirin yekununda 2024-2027-ci illər üçün Azərbaycanda yaşıl dövlət satınalmaları sahəsinin inkişafı məqsədilə əsas prioritetlərin hazırlanması istiqamətində birgə fəaliyyət məsələləri müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
34545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24016
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18732
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14824
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11868
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11597
Helikopterin qalıqları tapılıb
10905
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7694
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6854
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6320
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5639
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4585
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4328
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3816
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3289
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2975
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2304
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2206