AZ

57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib - QAİ

Bakı. Trend:

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixinailiyyət əldə edib.

Trend-in məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasınınbəyanatında deyilir.

Bəyanatda bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 4-5may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmişzirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorlaqovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə etmiş vəonların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətlişəkildə qayıdışına dəstək ifadə etmişlər. Bundan əlavə, dövlət vəhökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqiredilməsini və dağıdılmasını sərt şəkildə qınamışlar.

Qərbi Azərbaycan İcması İƏT sammitinin bu qərarını ürəkdənalqışlayır. Bu qərarı ilə İƏT Ermənistandan qovulmuşazərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalqtəşkilat olmuşdur.

Qərbi Azərbaycan İcması əmindir ki, təşkilatın Qərbi Azərbaycanməsələsinə birmənalı dəstəyi Ermənistandan qovulmuşazərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıdışını təşviqedəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
6
az.trend.az

10Mənbələr