AZ

İsrail daha 11 fələstinlini saxladı

İsrail əsgərləri İordan çayının qərb sahilinə basqın zamanı daha 11 fələstinlini saxlayıb.

Bakupost.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqınlar həyata keçirib.

Əsgərlər Hebron şəhərində 7, Cenində 3, Ramallahda 1 fələstinlini nəzarətə götürüb.

Bununla da oktyabrın 7-dən bəri məhbus olan fələstinlilərin sayı 8 min 610-a yüksəlib.

Bildirilib ki, İsrail Hebron şəhərinin girişlərində, kənd və qəsəbələrində hərbi nəzarət məntəqələri yaradıb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 497 fələstinli həyatını itirib.


Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
bakupost.az

6Mənbələr