AZ

Almaniyanın xarici ticarətində 22,3 milyard avro müsbət saldo yaranıb

Almaniya Federal Statistika İdarəsi (Destatis) mart ayı üzrə ölkənin xarici ticarət rəqəmlərini açıqlayıb.

Marja xəbər verir ki, Almaniyada mövsüm və təqvim təsirləri xaric ixracı mart ayında fevral ayı ilə müqayisədə 0,9% artaraq 134,1 milyard avroya yüksəlib.

Mart ayı ixrac məlumatı üçün proqnoz, əvvəlki aya nisbətən 0,4% artacağı idi. Maraqlıdır ki, ixracın artması, ilk növbədə, ABŞ və Çində gedən yaxşı bizneslə bağlıdır.

Almaniyanın ən əhəmiyyətli ticarət tərəfdaşı olan Çinə ixracı mart ayında əvvəlki ayla müqayisədə 3,7% artaraq 8,3 milyard avroya çatıb. Çindən idxal 14,3 faiz artaraq 13,7 milyard avro təşkil edib.

Sözügedən dövrdə ABŞ-a ixrac 3,6 faiz artaraq 14,3 milyard avro, ABŞ-dan idxal isə 2,7 faiz artaraq 7,6 milyard avro olub.

Almaniyanın Avropa İttifaqına (Aİ) üzv ölkələrə ixracı mart ayında 0,5 faiz artaraq 73,3 milyard avroya çatıb.

İdxal da artıb

Mart ayı ərzində ölkənin idxalı 0,3 faiz artaraq 111,9 milyard avro olub.

Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlər nəzərə alınmadan xarici ticarət profisiti təxminən 22,3 milyard avro olub. 2023-cü ilin mart ayında xarici ticarət profisiti 17,2 milyard avro olaraq qeydə alınmışdı.

Mart ayında ölkənin ixracı illik müqayisədə 1,2% artarkən, idxal 3 faiz azalıb.

Almaniyanın mart ayı idxalının 58,8 milyard avrosu Aİ-dən olub. Fevral ayı ilə müqayisədə Aİ ölkələrindən idxal 1,5 faiz artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla