AZ

Rusiya Ukraynanın enerji obyektlərini hədəf aldı

Rusiya Ukraynadakı enerji obyektlərinə dəfələrlə hücumlar həyata keçirib.

Ukrayna ordusu və enerji sektorunun rəsmiləri Rusiyanın dünən ölkə daxilində enerji infrastrukturunu hədəf alan hava hücumları təşkil etdiyini və bir çoxobyektə ziyan vurduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukraynanın energetika naziri German Qaluşenko Telegram mesajlaşma tətbiqi vasitəsilə verdiyi açıqlamada: "Enerji sektorumuza daha bir hərtərəfli hücum" dedi.

Qaluşenko bəyan edib ki, elektrik enerjisi istehsalı və ötürülməsi obyektləri Poltava, Kirovohrad, Zaporojjya, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərində hədəfə alınıb.

Ukraynanın bütün bölgələri, Zaporojjya bölgəsi istisna olmaqla, ölkənin şərqindən cənub-şərqinə qədər uzanan döyüş xəttinin arxasındadır.

Ukrayna prezidenti Vladimir Zelenski də Telegram-dakı paylaşımında Rusiyanın dünən 50-dən çox raket və 20 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın infrastrukturuna hücum etdiyini bildirib. Zelenski "Bütün dünya kimin kim olduğunu aydın şəkildə anlamalıdır. Dünyanın nasist zehniyyətinə bir daha şans verməyə haqqı yoxdur" deyib.

Lvov vilayətinin qubernatoru Telegram vasitəsilə verdiyi açıqlamada Rusiyanın Stryi rayonunda həyati əhəmiyyətli enerji infrastrukturuna və ölkənin qərbindəki Çervonohrad vilayətində elektrik obyektinə zərbə vurduğunu bildirib. Qubernator qeyd edib ki, raket hücumu nəticəsində elektrik qurğusunda yanğın baş verib, lakin təcili yardım xidmətləri hadisə yerindədir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
11
Mənbələr
Şərh ()
Bağla