AZ

İstehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb

2024-cü ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 59,2 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərçivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 6,5 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
47
banker.az

10Mənbələr