AZ

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “ZEIT” qəzetinə açıqlamasında deyib.

O qeyd edib ki, bu dəhliz vasitəsilə Ermənistan təcrid vəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər.

Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdə E.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmir yolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometr uzun olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
31
aznews.az

10Mənbələr