AZ

Ortaq aylıq əməkhaqqı ilə bahalı restoranları necə ziyarət edə bilərik?

Ruzanna Bəşirova
Xərclər üzrə konsultant

Yüksək əməkhaqqı almasanız belə, hərdən istədiyiniz restoranlara baş çəkə bilərsiniz. Bunun üçün sizə bir neçə sadə taktika verim.

İlk olaraq şəhərin mərkəzində və ya digər yüksək mərtəbələrdə yerləşən gözəl mənzərəsi olan restoranlarda vaxt keçirmək üçün həmin restoranların menyusu ilə tanış olub, büdcənizə uyğun yemək seçə bilərsiniz.

Adətən, belə məkanlarda qiymətlər baha olduğu üçün ya salat, ya da sadəcə bir yemək seçmək məqsədəuyğundur. Nəzərə alsaq ki, bizim məqsədimiz xoşumuza gələn məkanlarda vaxt keçirməkdir və büdcəmiz də məlumdur. Bu zaman həmin məkanlara getdiyimizdə gözəl vaxt keçirməyə daha çox üstünlük verməliyik. 

İçmək üçün bir fincan çay belə məkanlarda ən unikal seçimdir.

Təkbaşına getmək istədiyinizdə, mənzərəsi gözəl olan restoranlarda pəncərə önündə yer rezerv edərək bir fincan qəhvə içə və ya bir salat sifariş verərək həm məkandan zövq alacaq, həm də hesabı ödəməkdə çox də çətinlik çəkməyəcəksiniz.

Ailə və ya yoldaşlarla restorana getməyi planlaşdırdığınız zaman isə üstünlüyü set menyusu olan məkanlara vermək daha uyğun qiymətə başa gəlir. Set menyuları olan və qiymətləri kifayət qədər əlçatan restoranları sosial şəbəkələrdən rahatlıqla tapa bilərsiniz.

İstənilən halda getmədən öncə məkanı araşdırıb, menyu və qiymətlərlə tanış olmaq tövsiyə olunandır. Beləcə, siz menyudan seçim etməkdə çətinlik çəkməyəcək, sanki məkanın daimi müştərisiymişsiniz kimi rahat davrana biləcəksiniz. Bu zaman məkanın bahalı sizin isə büdcənizin qısıtlı olması hiss olunmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla