AZ

İran və Misir arasında normal münasibətlərin bərpası üçün yol xəritəsi hazırlanır

İran və Misir iki ölkə arasında normal münasibətlərə qayıtmaq üçün yol xəritəsinin hazırlanması prosesindədir.

"Operativ Media" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Əbdullahiyan deyib.

Onun sözlərinə görə, Netanyahu işğal olunmuş ərazilərdə yeni böhranın yaranması qorxusu səbəbindən Qəzzada müharibəni davam etdirməyə çalışır.

İranlı diplomat bildirib ki, ABŞ və Qərb bu sabit mərhələdə öz vədlərinə əməl edib atəşkəsə sadiq qalarsa, Qəzzada atəşkəs üçün hər şey hazırdır.

O, İranın işğal olunmuş ərazilərə qarşı son əməliyyatı ilə bağlı suala cavab verib:

“Bizim qonşularımızla güclü əlaqələrimiz var və əməliyyat başlamazdan iki gün əvvəl Amerika bazasının yerləşdiyi ölkələrə məlumat vermişdik. Ümid edirik ki, İranın sionist rejimin təkəbbürünə cavabı regionda cinayətlərin azalmasına səbəb olacaq”. 

“Biz İran və Misir arasında normal münasibətlərin bərpası üçün yol xəritəsinin tərtibi prosesindəyik", -  XİN rəhbəri əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla