AZ

"TikTok" və şirkətin çinli sahibi ABŞ-ni məhkəməyə verib

"TikTok" və şirkətin Çinli sahibi "ByteDance" 170 milyon amerikalının istifadə etdiyi qısa video tətbiqi "Tiktok"un satışına yol açan qanunun və satıla bilmədikdə ABŞ-də qadağan edilməsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib.

"Operativ Media" xəbər verir ki, şirkətlər iddialarında bu qanunun ABŞ Konstitusiyasını bir sıra əsaslarla, o cümlədən söz azadlığının qorunmasını pozduğunu iddia ediblər.

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin aprelin 24-də imzaladığı qanunla "ByteDance"a "TikTok"u ləğv etmək üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verilib.

Əgər "ByteDance" bu tarixə qədər tətbiqi xaric edə bilməsə, həmin tarixdən etibarən tətbiq ABŞ-də qadağan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla