AZ

2023 cü ildə ən çox satılan oyunlar

Hər keçən gün daha da populyarlaşan oyun sektoru 2023cü ilə də öz damğasını vurdu! Oyunlar artıq əyləncəli vaxt keçirməkdən əlavə mədəniyyətin bir parçasına çevrilib. Belə ki keçən il yəni 2023 cü ildə bir çox oyunsevərin sözün əsl mənasında ağlını başından alan oyunlar çıxdı. Bu bloq yazısında 2023 cü ildə ən çox sevilən və satılan oyunlardan danışacağıq. Elə isə gəlin oyun dünyasına birlikdə nəzər salaq. 

Online Game Review Canada təqdim etdiyi statistikaya görə ilk sırada “The Legend of Zelda: Tears of the Kingdom” dayanır. 

“The Legend of Zelda: Tears of the Kingdom” : Tərcüməsi “Zelda Əfsanəsi və ya Krallığın Göz Yaşları” olan bu oyun “Nintento Switch” platformasında aktivdir. 

Oyunun Təsviri : Nintentonun bu əfsanəvi seriyası son oyunla birlikdə oyunsevərlərə daha inkişaf etmiş bir dünya, qabaqcıl texnologiya və zəngin hekayə təqdim edir. Seriyasının öncəki oyunu olan “Breath of the wild” mirasını götürərək oyunçulara Hyrulenin daha öncə kəşfedilməmiş yerlərini tanıma fürsəti verir. İstər dizaynı, istər musiqiləri istərsə də oyunun dərinliyi onu bu ilin ən çox bəyəniləni etdi. 

İkinci sırada kosmos mövzusu ilə oyunçuların marağını cəlb edən “Starfield” gəlir. Hazırda bu oyun “PC” , “Xbox Series X/S” platformalarında yayımlanır. 

Oyunun təsviri : Uzun illər üzərində işləndikdən sonra yayıma çıxan “Starfield” Bethesdanın ilk kosmos mövzulu böyük oyunu kimi diqqəti üzərinə çəkib. “Starfield’’ oyunçulara yüzlərlə planeti araşdırmaq, öz kosmik gəmilərini qurmaq və müxtəlif yadplanetlilərlə ünsiyyət qurmaq imkanı verir. 

Üçüncü sırada qorxu sevən oyunçularının çox bəyəndiyi “Resident Evil 4 Remake” gəlir. 

Oyunun təsviri : Capcom konsol və PC oyunçuları üçün bu oyunu yenidən dizayn etdi. Qrafika və animasiyalar tamamilə yenilənsə də, oyun mexanikası və hekayə elementləri də modernləşdirilib. Oyun yenilənsə də öz orginal havasını qoruyub saxlamağı bacarıb.

Oyunçular arasında qiymətinin yüksəkliyi ilə tanınan “Hogwarts Legacy” dördüncü sırada gəlir. Hazırda bu oyun “PlayStation 5” , “PlayStation 4” , “Xbox Series X/S” , “Xbox One” , “PC” kimi platformalarda yayımlanır. 

Oyunun təsviri : Harry Potter kitablarından ilham alan bu oyun Hoqvarts Cadu və Sehrbazlıq Məktəbinin bir parçası olma təcrübəsini virtual olaraq yaşamaq imkanı verir. Bu oyun daha çox Harry Potter serialının pərəstişkarlarının sevimlisidir.

Beşinci sırada yer alsa da “Fifa 2024” olduqca populyardır. Fifa 2024 hazırda “PlayStation 5”, “PlayStation 4”, “Xbox Series X/S” , “Xbox One” , “PC”, “Stadia” platformalarında yayımlanır. 

Oyunun təsviri : Fifa seriyası hər il futbol azarkeşlərinə hər il yenilənmiş komanda və daha təkmilləşdirilmiş qrafika təqdim edərək öz populyarlığını qoruyub saxlayır. Fifa 2024 real stadion atmosferi və animasiyası ilə diqqətləri üzərinə çəkir. 

Son olaraq isə siyahıya Diablo IV əlavə edirik. Bu oyun hazırda “PlayStation 5”, “PlayStation 4”, “Xbox Series X/S” , “Xbox One” , “PC” platformalarında yayımlanır. 

Oyunun təsviri : Diablo IV, seriyanın əvvəlki oyunlarından daha qaranlıq bir atmosferə sahibdir. Oyun öz multi xüsusiyyətləri, genişlənmiş dünyası və dərin hekayəsi ilə seçilir. Qaranlıq və fantaziya sevərlərin üz tutduğu oyun növlərindən biridir. 

Bu oyunlar 2023-cü ildə oyunçular arasında böyük maraq gördü və yüksək satışlar 

əldə etdi. Onların hər biri öz janrında yeniliklər təklif etməklə geniş hədəf kütləsinə müraciət edir və ildən ilə populyarlıqlarını artırırlar. Bəs sən bu oyunlardan hansını oynamısan və ya oynamağı planlaşdırırsan? 

oyunlar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla