AZ

Ulu Öndər ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradıb- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki,  məhz o, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirib: "Belə ki, Ulu Öndərin 1994-cü ilin sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi" adlandırılan ilk neft sazişi ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran, müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab olunur. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ilə isə Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsasları formalaşdırıldı. Qürur hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2003-cü ildən etibarən yeniləşən, müasirləşən, demokratikləşən dövlətlərdən birinə çevrildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
olaylar.az

1Mənbələr