AZ

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Bakı, 8 may, AZƏRTAC

Misirin ən məşhur mədhiyyə və muğam ustalarından biri əslən azərbaycanlıdır.

AZƏRTAC xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov 25 ildən çoxdur ki, ərəb mənbələrində Misirdə Azərbaycanla bağlı tədqiqatlar aparır. Onun son illər apardığı tədqiqatların nəticələrindən biri də ərəb və İslam dünyasında ən məşhur mədhiyyə və muğam ustalarından biri olan Seyyid Nəqşibəndinin babasının əslən azərbaycanlı olduğudur.

Tədqiqatçı-alimin sözlərinə görə, Nəqşibəndi çox məşhur, sevilən bir şəxsdir və İslam dünyasının yüksək mükafatları ilə təltif olunub. XIX əsrin sonlarında Seyyid Nəqşibəndinin babası Misirin Əl-Əzhər Universitetində təhsil almaq üçün Azərbaycandan Misirə gedib və təhsilini bitirdikdən sonra bu ölkədə yaşamağa qərar verib.

Bu araşdırmadan sonra Seyyid Nəqşibəndinin ailə üzvləri ilə əlaqə saxlanılıb, onun nəvəsi Misir-Azərbaycan Dostluq Cəmiyyətinə dəvət edilib. Seyyid Nəqşibəndinin nəvəsi Seyyid Şəhhətə Cəmiyyətin fəaliyyəti ilə yaxından tanış olub. O, bu qurumun iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına böyük töhfələr verdiyini bildirib.

Daha sonra Seymur Nəsirovun rəhbərliyi ilə Cəmiyyətin bir qrup üzvləri Seyyid Şəhhətə ilə birlikdə Seyyid Nəqşibəndinin Qahirədə yerləşən məzarını ziyarət ediblər.

Seyyid Şəhhətə Misir və ərəb mediasına verdiyi açıqlamada həqiqətən də babasının əslən azərbaycanlı olduğunu, təhsil almaq üçün Misirə gəldiyini və ömrünün sonuna kimi burada yaşadığını qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
7300
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6788
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1092
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1066
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1061
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1047
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
620
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
414
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
312
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
302
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
280
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
257
Arda Gülər dayanmır, yenə fərqləndi -
203
Arda dubl etdi - VİDEO
194
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
177
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
156
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
151
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
125
“Mançester Siti” İngiltərə çempionu olub
123