AZ

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Fərid

Bakı, 8 may, AZƏRTAC

Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb. Onlardan 602 min 131-i birbaşa müraciətlərdir. Həmçinin funksional yardımçı xidmətlərə 77 min 546, Tibbi-Sosial Ekspert Komissiyalarına 5 min 113, Dövlət Əmək Müfəttişliyi Xidmətinə 1278, elektron xidmətlərə 38 min 328 müraciət qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 1 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinin və vətəndaşlara DOST xidmətlərinin göstərilməsinə başlanılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, 1 saylı Bakı DOST Mərkəzindən vətəndaş məmnunluğu 97,7 faizdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla