AZ

SR Auto-dan daha bir yenilik! Tam elektrikli AVATR tezliklə Bakıda! - FOTO

(®) Son illərdə ölkəmizdə avtomobil bazarında elektrikli avtomobillərə tələb və təklif sürətlə artır. Yaxın zamanda rəqiblərini müxtəlif funksiyaları ilə qabaqlayan, ölkəmizdə çox sevilən, tamamilə fərqli dizayn və özəllikləri ilə seçilən brend, AVATR-ın təqdimatı gözlənilir.

“AVATR”, 25 aprel - 04 may tarixlərində Çində təşkil olunan  “Auto Show 2024” - Pekin Beynəlxalq Avtomobil Sərgisində təqdim olunan nəhəng Çin brendləri arasında seçilən bir brend olub. Azərbaycan avtomobil bazarının yenilik və trend yaradanlarından olan "SR AUTO" şirkətinin nümayəndə heyəti də tədbirdə iştirak etmiş və AVATR brendinin yaxında Azərbaycana gətirilməsi ilə bağlı razılaşma əldə edilmişdir.  

2018-ci ildə əsası qoyulan AVATR Texnologiyası gələcəyə yönəlmiş, humanitarlaşdırılmış mobillik texnologiyalarını tədqiq edərək, ağıllı istifadəçi təcrübəsi yaratmaq öhdəliyini daşıyır. "Avatar"dan ilhamlanan AVATR, hər bir istifadəçinin "emosional ağıllı yol yoldaşı" olmağı hədəfləyir.

“SR AUTO” şirkəti  “AVATR” brendin Azərbaycan avtomobil bazarında rəsmi distribütoru olacaq. Məlum olduğu kimi, şirkət “SR GROUP” MMC-yə məxsusdur. "SR GROUP MMC" müxtəlif sektorlarda uğurlu bizneslərə sahibdir və 1996-cı ildən etibarən avtomobil sektorunda qabaqcıl yeniliklərə imza atır.

Bu sahədə sahib olduğu brendlərin “Mercedes-Benz”, “Skoda”, “Changan”, “Leap Motor”, “XPENG”, “Lynk&Co”hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış edir.

“SR AUTO” şirkətinin Baş direktoru Toğrul Paşayev şirkətin növbəti brend olaraq, niyə məhz AVATR olmasını belə açıqlayıb: “AVATR sadəcə brend deyil, həm də ağıllı həllər təqdim edən texnologiyadır. Bu texnologiyanı dəstəkləyən şirkətlər arasında CHANGAN AUTOMOBILE də yer alır. Bildiyiniz kimi şirkətimiz “CHANGAN” brendinin də ölkəmizdə rəsmi distribütoru olaraq çıxış edir. Və brend ölkənin avtomobil bazarında son illərdə satış rəqəmlərinə görə ümumi bazarda ilk 3-lükdə yer alır. Bu baxımdan yeni brendi mənimsəmək və müştərilərimizə çatdırmaq da bizim üçün daha rahat olacaqdır. “SR AUTO” ölkə avtomobil bazarına daim yeniliklər gətirməyə, fərqli brendlərlə işləməyə üstünlük verir. Son illərdə şirkətimiz avtomobil bazarında liderliyi ələ alıb. “AVATR” ilə sözün yaxşı mənasında ölkənin avtomobil bazarında səs salacağımıza inanırıq".

Qeyd edək ki, “AVATR” rəsmi istehsalçı tərəfindən avtomobillərə 8 il və ya 120.000 km zəmanət təqdim edilir.

avatrelektrikliavtomobillərsrautoavtomobilbazarToğrul Paşayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11638
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8508
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7513
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2220
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1919
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1830
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1694
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1416
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1062
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
838
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
698
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
492
Arda Gülər dayanmır, yenə fərqləndi -
449
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
347
Arda dubl etdi - VİDEO
343
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
340