AZ

Fransada 27 millət vəkilindən hökumətə Fələstin çağırışı

Fransada 27 millət vəkili hökuməti Fələstin dövlətini tanımağa çağırıb.

Turkustan.az xəbər verir ki, Fransada Yaşıllar Partiyasının üzvü Sabrina Sebaihi, Fransa-Fələstin Beynəlxalq Araşdırma Qrupunun 27 üzvünün prezident Emmanuel Makrona yazdığı ortaq məktubu X sosial şəbəkə hesabında paylaşıb.

Məktubda bildirilir ki , Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü və “Avropa İttifaqının (Aİ) arxasındakı hərəkətverici qüvvə” olan Fransa sülh üçün çalışmaq öhdəliyi daşıyır və sülhün bərpasına çağırır. “Münaqişələrə son qoyacaq və iki dövlətli həll yolunu açacaq diplomatik prosesin zəruri olduğu” qeyd edilib .

ABŞ Fələstinin BMT-yə tam üzvlüyünü tələb edən qətnamə layihəsinə“yox” səs verdi sözügedən məktubda Fransanın "diplomatik mövqeyinə sadiq qalaraq" qərarın lehinə səs verdiyi xatırladılıb .

Məktubda Fələstinin sadə “üzv olmayan müşahidəçi dövlət” kimi qalmamasının və BMT-nin tamhüquqlu üzvü kimi tanınmasının və beynəlxalq ictimaiyyətin sülh yolunda irəliləyişinin vacibliyi vurğulanıb və Fransa hökumətini dövləti tanımağa çağırıb.

Məktubda sözügedən qətnamə layihəsinin icrası tələb edilib və məqsədin İsraillə yanaşı sülh və təhlükəsizlik şəraitində demokratik və suveren Fələstin dövlətinin yaradılması olduğu bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla