AZ

“Sberbank” Türkiyədə ödəniş xidmətləri göstərməyə başladı

Yazını böyüt
Yazını kiçilt

“Sberbank”, Türkiyədəki restoran və mağazalarda kvadrat kod (QR kod) ilə ödəniş etməyə imkan verən tətbiqi işə saldıqlarını açıqladı. Tətbiq bankın ödəniş sistemi SberPay vasitəsilə işləyəcək.

Hafta.az-ın yazdığına görə, bankın Telegram kanalında edilən açıqlamaya görə, müştərilərin olduqları yerdə sadəcə “Metropol ilə ödəmək istəyirəm” deməsi kifayət edəcək. QR kodu skan edən müştərilər payinturkey.com saytına yönləndirildikdən sonra ödənişi həyata keçirə biləcəklər.

Payinturkey.com ilə ödənişlərin edilə biləcəyi yerləri internet saytındakı Türkiyə xəritəsində görmək olar. Metropol Kart Türkiyədəki üzv müəssisələrdə istifadə edilə bilən yemək kartı sistemidir.

Türk bankları 2022-ci ilin sentyabrında “Mir”in aktivləşdirilən Rusiya kartlarına xidmət göstərməyi dayandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
hafta.az

1Mənbələr