AZ

Alpinistlər ifrat sıxlıq səbəbindən uçurumda qalıblar

Yazını böyüt
Yazını kiçilt

Çinin şərqindəki Ciciang bölgəsindəki Yandanq dağına qalxan alpinistlər sıxlıq səbəbindən uçurumun üstündə gözləməli olublar.

Hafta.az-ın “Laitimes”ə istinadən yazdığına görə, Pekin administrasiyası 1 May Əmək Günündə 5 günlük tətil elan etdikdən sonra çox sayda alpinist dağa axışıb.

Mayın 4-də baş verən intensivlik zamanı qayaların üzərinə qoyulmuş dəmir pilləkənlərdə gözləyən alpinistlərin, o cümlədən turistlərin görüntüləri sosial media platformalarında paylaşılıb.

Ölkədə İnstaqramın ekvivalenti kimi istifadə edilən Xiaohongshu-da bir nəfər deyib: "Bu, çox qorxuludur! Mənim kimi yüksəklikdən qorxan biri orda yıxıla bilər!". Digəri isə “Mənə pul versən belə, belə yerə qalxmazdım” şərhini yazıb.

Marşrutu idarə edən Venzhou Dingcheng Sports Development şirkəti tərəfindən yayımlanan açıqlamada, səlahiyyətlilərin bayram sıxlığını qabaqcadan görə bilmədiyi bildirilib. Şirkət biletlərin yoxlanılmasının düzgün aparılmadığını və sahədə axsama yarandığını, alpinistlərin yığılma səbəbindən yolda qaldığını elan edib.

Bildirilib ki, bəzi alpinistlər hərəkət etmədən ən azı iki saat gözləməli olub, lakin sonradan onların hamııs marşrutu tamamlaya biliblər.

2001-ci ildə Pekin administrasiyası istirahət edənlərin məşhur yeri olan Yandanq dağının UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi üçün müraciət edib.

Şanxaydan 410 kilometr cənubda yerləşən dağ UNESCO-nun müvəqqəti siyahısına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
hafta.az

1Mənbələr