AZ

Azərbaycanda kosmetika şirkətinin nizamnamə kapitalı azaldılır

Azərbaycanda kosmetika şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalının azaldılmasını elan edir.

FED.az xəbər verir ki, nizamnamə kapitalının nə qədər azaldılması açıqlanmayıb.

Şirkətin indiyəqədərki nizamnamə kapitalı 52 032 000 manat təşkil edir.

Qeyd edək ki, “Gazelli Group” MMC 8 may 2009-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmslçisi Əhməd Əfəndiyev Mahmud oğludur.

Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 28 may ev 4, m4 ünvanıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
fed.az

1Mənbələr