Sosial.tv xarici mediaya istinadən xəbər verir ki, bu ölkənin Rio Grande do Sul ştatının qubernatoru Eduardo Leite mətbuat konfransında həlak olanlarının sayının 95 olduğunu təsdiqləyib və sayın artacağının gözlənildiyini bildirib.
Qubernator əlavə edib ki, 131 nəfər itkin düşüb, 150 min insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Açıqlamada silahlı qüvvələrin iştirak etdiyi axtarış-xilasetmə əməliyyatlarında 14 min 500 şəxsi heyətin 30 təyyarə və 182 qayıqla çalışdığı, 25 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.