AZ

Masallıda əməliyyat: saxlanılanlar var - Foto

Masallıda

Masallıda narkotik vasitə satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb. Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
29
Mənbələr
Şərh ()
Bağla