2024-cü ilin birinci rübündə Ermənistanda demoqrafik vəziyyət öz mənfi tendensiyalarını davam etdirib: doğumların və nikahların sayı azalıb, ölüm və boşanmaların sayı artıb.
Herbıand.az xibir verir ki, Milli Statistika Xidmətinin məlumatına görə, ilin ilk üç ayında ölkədə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 697 körpə az doğulub.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölənlərin sayında da 341 nəfər artım qeydə alınıb.
Ermənistanda ölüm hallarının əsas səbəbləri ürək-damar sistemi xəstəlikləri, xərçəng, həmçinin tənəffüs, həzm və yoluxucu xəstəliklərlə bağlı xəstəliklərdir.
Ailə münasibətlərinə gəlincə, nikahların sayında 186 azalma, boşanmaların sayında isə 36 artım qeydə alınıb.