AZ

NATO-nun paraşütlə tullanma təlimində 11 əsgər yaralanıb

NATO-nun İsveçdə keçirilən təlimi zamanı paraşütlə tullanmalarda bir neçə əsgər yaralanıb.

Bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

Hadisə Smoland əyalətinin Skillinqarid kəndində baş verib.

Yaralananlar ABŞ, Macarıstan və İtaliyadan olan hərbçilərdir. Ümumilikdə on bir nəfər yaralanıb.

Onlardan 9-u helikopterlə təxliyə edilib.

Təlim zamanı 600-800 NATO əsgəri paraşütlə tullanmalar həyata keçirib.

APA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
5
herbiand.az

8Mənbələr