AZ

"Banketnaya"nın istehsal edən şirkət milyonlar qazandığını açıqladı - 15 MİLYON MANAT

Şərab, konyak və araq istehsalçısı “Gəncə Şərab – 2” ASC 2023-cü ili 2 milyon 295 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 579 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Gəncə Şərab – 2” ASC-nin 2023-cü ildə xalis mənfəəti 2022-ci illə müqayisədə 284 min manat və ya 11% azalıb.

Marja.az “Gəncə Şərab – 2” ASC-nin 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, Şirkətin satışdan gəlirləri 2022-ci ildə 15 milyon 200 min manat ikən, 2023-cü ildə 15 milyon 287 min manat təşkil edib. Gəlirin artmasına baxmayaraq xalis mənfəətin azalması kurs fərqi üzrə daxilolmanın düşməsilə ilə əlaqədardır. 

Gəncə şərab zavodunun əsası 1984-ci ildə qoyulmuşdur. Zavod 1998-ci ildə tamamilə rekonstruksiya olunmuşdur. “Gəncə-Şərab” şirkətinin mütəxəssisləri 400 hektar ərazidə üzüm bağları salıblar. Bu gün bu üzüm bağlarında “Mədrəsə”, “Rkatsiteli”, “Bayan-Şirə” “Cabernet Sauvignon”, “Chardonnay”, “Merlot”, “Pinot”, “Şiraz”, “Saperavi” kimi qiymətli üzüm sortları yetişdirilir. 

Şirkətin markalarından "Yeddi Gözel", "Qız qalası", "Sevgilim", "Hillside", "Sauvignon Blanc", "Rusinka Vodka", "Zolotoe Koltso", "Banketnaya", "Belaya Vorona"nın adlarını qeyd etmək olar.

 

BanketnayaGəncə ŞərabYeddi Gözel Qız qalası SevgilimHillside Sauvignon Blanc Rusinka Vodka Zolotoe Koltso

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
Mənbələr
Şərh ()
Bağla