AZ

Gecə Rusiya fəallaşdı: Bu ölkə qırıcıları havaya qaldırdı

Mayın 8-nə keçən gecə “Rusiyanın fəallığı” səbəbindən Polşa hərbi təyyarələri havaya qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Departament aydınlaşdırıb ki, həm Polşa qırıcıları, həm də müttəfiqlərin təyyarələri səmada olub. Bununla bağlı əhaliyə mümkün səs-küy barədə xəbərdarlıq edilib.

“Polşa və müttəfiqlərinin təyyarələri Polşanın hava məkanında fəaliyyət göstərir və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - deyə məlumatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla