AZ

Kunts Kanadaya gedir

Azərbaycan millisinin baş məşqçi postunda namizəd olan Stefan Kunts seçimini edib.

Futbolinfo.az Kanada mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu ölkədə çalışmağı daha üstün tutur.

61 yaşlı çalışdırıcının adı Azərbaycan yığması ilə yanaşı, Bundesliqa nəhəngi “Bayern” ilə də birgə hallanır. Lakin Kunts özü millidə çalışmağı planlaşdırır. Bu üzdən onun nümayəndələri Kanada Futbol Assosiasiyası ilə danışıqları sürətləndirib. Tərəflərin bu məsələdə artıq müəyyən məsafə qət etdikləri bildirilir. Kuntsun tezliklə Kanada yığmasının “sükanı arxasına” keçməsi gözlənilir. Bu da o deməkdir ki, almaniyalının Azərbaycan millisinə təyin olunmaq ehtimalı cüzidir.

Qeyd edək ki, Stefan Kunts son olaraq 2021-2023-cü illərdə Türkiyə yığmasına rəhbərlik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla