AZ

Məhkəmə tanışını bıçaqlayan keçmiş məhkumla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəsib Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 18 iyun 2023-cü il tarixdə, saat 01 radələrində paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, Nəsib Əhmədov tanışı, zərərçəkmiş Turab Məmmədovu qanunsuz hərəkətlərinin təsiri altında özündə olan deşici-kəsici alətlə (bıçaqla) onun qarın və sol sağrı nahiyələrindən iki dəfə və sol sağrı nahiyəsindən bir dəfə qəsdən vuraraq xəsarət yetirib.

 

Hadisədən sonra Nəsib Əhmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

 

Qeyd: 1994-cü təvəllüdlü Nəsib Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 13 sentyabr 2019-cu ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 ay 26 gün vaxtından əvvəl şərti azad edilib, 25 sentyabr 2020-ci ildə isə cəza müddəti başa çatıb.

 

Kamal Məmmədov

Tarix: 8 May 2024, 08:49   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla