AZ

Qobustanda avtomobil aşıb, xəsarət alan var

Qobustanda avtomobil aşıb, xəsarət alan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə 1982-ci il təvəllüdlü Elnarə İsfəndiyar qızı Kərimova xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
49
Mənbələr
Şərh ()
Bağla