AZ

Qadın ən aşağı notu oxumaqla rekordçu oldu

Kanadalı müğənni Coy Çapman ən aşağı notlarda belə oxuduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb. Qeyd edək ki, qadınlar kişilərdən fərqli olaraq bəm notlarda çətinliklə ifa edirlər. Buna qadınların boğaz və səs tellərinin quruluşu imkan vermir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Çapmanın uğur qazandığı vaxt 52 yaşı olub.

Uşaqlıqdan kilsə və məktəb xorlarında oxumuş, sonralar kantri musiqisi istiqamətini seçən müğənni qeyri-adi rekorda görə yeni ləqəblər qazanıb. İndi onu "Aşağı səsli" və Bass Kraliçası adlandırırlar.

Çapmanın dediyinə görə, o, həmişə geniş diapazona malik olub, bunun sayəsində hətta sırf kişilər üçün yazılmış mahnıları ifa edə bilib. 

Çapman əvvəllər də rekord vurmağa çalışsa da, mikrofon onun alçaq səsini qeydə ala bilmədiyi üçün nəticə tanınmayıb.  

Lakin müğənni təslim olmayıb, o müvafiq tezlikləri aşkar etməyə müvəffəq olan daha həssas avadanlıqdan istifadə  edərək, adını Ginnesin Rekordlar Kitabına yazdıra bilib.

Mütəxəssislər qarşısında Çapman əvvəlki rekorddan tam oktava aşağı olan C1 notunu vurub. Bu not 33,57 Hz-ə bərabərdir - Çapmanın çıxardığı səs ayı  donqultusuna bənzəyirdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
1
Mənbələr
Şərh ()
Bağla