AZ

Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI

2023-cü ilin payızında Türkiyənin Bodrum şəhərində rus qadını və qızını öldürən şəxs Almaniyada saxlanılıb.

Publika.az xəbəır verir ki, bu barədə "Şot" Almaniya Federal Polisinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, o, sərhəd nəzarətində saxlanılıb.

“Türkiyənin Bodrum şəhərində rus qadınları İrina və Dayana Dvizovları qətlə yetirməkdə şübhəli bilinən Andrey Kusleviç Almaniyada saxlanılıb. O, Praqa-Münhen avtobusunda Yuxarı Pfalzda sərhəd nəzarəti zamanı müəyyən edilib”, - məlumatda deyilir.

Qeyd edilib ki, Kusleviç kirayə qaldığı villada 42 yaşlı qadını və onun 15 yaşlı qızını güllələyib, cəsədləri çarşaflara büküb və uçuruma atıb. Şübhəlinin ekstradisiyasına dair sorğu artıq Almaniya polisinə təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
Mənbələr
Şərh ()
Bağla