“Yuventus”un futbolçusu Pol Poqba filmə çəkilib.
Bizim.Media “Le Parisien”ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi “4 Zeros” komediya filmində rol alıb.
O, gənc futbolçuları yetişdirən məşqçi rolunda çıxış edib. Filmin premyerası 2025-ci ilin yazında olacaq.
Xatırladaq ki, 30 yaşlı futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta