AZ

Zaqatalada qida zəhərlənməsi:PROKURORLUQ ARAŞDIRMA APARIR

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Senzor.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. 

 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Bu arada APA dönərdən zəhərlənənlərin sayının artdığ və artıq 40-a çatdığı barədə məlumat yayıb. O da bildirilib ki, zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

 

**22:18

 

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10-u qadın cinsli, 5-i kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, onlardan 5-i uşaqdır.

 

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
Mənbələr
Şərh ()
Bağla