AZ

ÇL-də ilk finalçı bəlli oldu

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu gün Fransa çempionu PSJ doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşıb.

Doğma meydanda 1:0 heablı qələbəyə sevinmiş Almaniya təmsilçisi bu uğurunu səfərdə də təkrarlamaqla finala yüksəlib.

Digər finalçı “Real”la (İspaniya) “Bayern” (Almaniya) arasında cavab görüşündə müəyyənləşəcək. Münhendə keçirilmiş ilk oyunda heç-heçə (2:2) qeydə alınıb.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

7 may

PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 0:1
Qol: Mats Hummels, 50.
Baş hakim: Daniele Orsato (İtaliya).
Paris. “Park de Prens”.
İlk oyun: 0:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
4
Mənbələr
Şərh ()
Bağla