AZ

Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB

Qlobal borc 315 trilyon dollara çataraq rekord səviyyəyə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatında deyilir.

 

Borcun həcmi Çin, Hindistan və Meksikanın daha çox borclanması hesabına artıb. Təkcə birinci rübdə qlobal borc 1,3 trilyon dollar artıb.

 

Hesabatda deyilir ki, hökumətlər bu il rekord sayda seçki kampaniyası fonunda vergiləri azaldır və xərcləri artırır. 

 

"ABŞ-da sərt inflyasiya və Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin azaldılmasında gözlənilən gecikmə nəzərə alınmaqla, dollar artımı... xüsusilə inkişaf etməkdə olan ölkələr üçün dövlət borcu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirə bilər", - bildirilir.

 

Qurumun hesabatında deyilir ki, hökumət kəsirləri koronavirus pandemiyasından əvvəlkindən daha yüksək olaraq qalır. Hökumət kəsirlərinin bu il qlobal borcu 5,3 trilyon dollar artıracağı proqnozlaşdırılır.

 

Hesabatda deyilir ki, Çin artıq uzun illər ərzində ölkənin iqtisadi artımını dayandırmaq təhlükəsi yaradan daşınmaz əmlak böhranı ilə üz-üzədir. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, Hindistanın borcları onilliyin sonuna qədər ölkə iqtisadiyyatının həcmini keçə bilər. Buna səbəb hər il bu ölkənin fəlakətlərin idarə olunmasına milyardlarla dollar xərcləməsidir.

 

BVF-nin aprel ayında dərc olunan Maliyyə Yeniləməsinə əsasən, ümumi qlobal borc 2023-cü ildə qlobal ÜDM-in 93,2%-nə yüksəlib. Ekspertlər bu rəqəmin 2024-cü ildə 93,8%-ə, 2025-ci ildə 95,1%-ə, 2029-cu ildə isə 98,8%-ə yüksələcəyini gözləyirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
7317
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6802
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1092
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1067
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1066
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1057
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
624
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
414
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
316
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
302
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
280
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
259
Arda Gülər dayanmır, yenə fərqləndi -
203
Arda dubl etdi - VİDEO
194
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
178
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
156
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
151
“Mançester Siti” İngiltərə çempionu olub
125
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
125