AZ

Çempionlar Liqasında ilk finalçı bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turnirin ilk finalçısı Parisdə müəyyənləşib. Birinci oyunda PSJ-yə 1:0 hesabı ilə qalib gələn Dortmund "Borussiya"sı "Parc des Princes" stadionundakı ikinci görüşdə də rəqibini məğlub edib - 1:0. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub.

Qeyd edək ki, yarımfinal mərhələnin digər matçı mayın 8-də İspaniyada "Real Madrid" və Almaniyanın "Bavariya" komandaları arasında baş tutacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla