AZ

Şuşa, sən həmişə bizimsən…

1992-ci il mayın 7-dən 8-nə keçən gecə... Ermənilərin Şuşaya sonhücumu. Şəhər dörd bir tərəfdən raket, top, tank və digərsilahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi vəKərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvəsarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib.Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlankəndlərini ələ keçiriblər.

Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqutetməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkilolunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnikavə canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə,şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvəiştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində həttaxaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı.Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfəryaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasındasaxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətləyetirilib. Şəhərin 58 sakini itkin düşüb.

Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrinidağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıqabidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər,bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda,Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaqbağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan XalçaMuzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətlərifabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhvedilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın,Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun,N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanınevləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və dahaneçə-neçə digər abidə var.

Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini beləsəciyyələndirirmişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixiolan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşaqalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar vəQarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçünŞuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının,əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyükbir tarixi abidədir”.

… Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəkiən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin"döyünən ürəyi"dir. Şəhər XIX əsrin ortalarına qədər regiondayaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzisayılırdı.

Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlıQarabağ Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdəyerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir.Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır,separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərinistrateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinəbağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsizamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş vəəksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburiköçkün olmuşdu.

Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrınortalarında Hadrut qəsəbəsinə tam nəzarəti ələ keçirmişdi. Onlardaha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidləriniaşıb, Şuşa rayonuna daxil olmuşdular. Şuşa müharibəninbaşlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdı.Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardındanda strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələkeçirmişdi ki, erməni qüvvələri sonradan - 4 noyabrda yolu mülkivətəndaşlara bağlamışdı. Fransanın"Le Monde" qəzeti erməniseparatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşünAzərbaycanın lehinə keçdiyini bildirmişdi.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərinqayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxilolmuşdu. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrininŞuşanı işğaldan azad etdiyini bəyan etmişdi. Amma Ermənistanrəhbərliyi bunu təkzib etmişdi. Buna baxmayaraq, ertəsi günAzərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanıntamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdi.

Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuşvə Azərbaycana strateji üstünlük vermişdir.

Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmişvə Azərbaycan müharibədə qələbə çalmışdı.

... Müharibənin əvvəlindən Şuşa şəhərinin ara-sıra top atəşinəməruz qalması barədə xəbərlər yayılırdı. Oktyabrın 4-də Azərbaycanordusunun dəqiq raket zərbəsi ilə Şuşada, müharibədən cəmi bir neçəay əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyanın öz“inauqurasiyasını” keçirdiyi Mədəniyyət Evi darmadağın edildi.Zərbə nəticəsində həmin vaxt orada cəmləşən erməni hərbçiləri məhvedilib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin(sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilənpolislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi. Onlarınəksəriyyətinin öldüyü və yaralandığı bildirilir. Rəsmi mənbələrorada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığınıtəsdiq edir. Partlayış nəticəsində binanın damı dağılıb vəiçəridəkilərin üstünə tökülüb.

28 oktyabrda Xankəndindəki separatçı rejimin rəhbəri AraikArutyunyan Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçıkəndində vəziyyətin "gərgin" olduğunu bildirdi. Ertəsi günErmənistan Müdafiə Nazirliyi kənddə toqquşmaların baş verdiyiniaçıqlamış, Arayik Arutyunyan isə Azərbaycan qüvvələrinin Şuşadan 5kilometr uzaqlıqda olduğunu etiraf etmişdi. 30 oktyabrda Daşaltıbaşda olmaqla Şuşa yaxınlığında toqquşmalar baş verib.

Elə həmin gün "Abkhazian Network News Agency"nin müxbiri şəhəryaxınlığında böyük partlayışların eşidildiyini qeyd etmişdi. Ertəsigün Xankəndindəki xunta Şuşanın yenidən bombardmana məruz qaldığınıaçıqladı.Noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi də yaydığıbəyanatda Şuşa yaxınlığında şiddətli toqquşmaların baş verdiyinibildirib.

... Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri -Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq.Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərətanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onualmağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmənqüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı.Komandanlıq buna getmədi.

Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəbolacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüştaktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarlaqalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraqdüşməni üzbəüz döyüşdə məhv etdi.

Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurluəməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləriişğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğruirəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxilolmuşdu.

Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçünuyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətindəpiyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev dahasonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşaşəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdikləriniqeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına QırmızıBazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndəyol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusununAzərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamətisə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığıöz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərarverir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür.

Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş,ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun birhissəsinin nəzarətini ələ keçirmişdir.

Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuşİsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyinidəyişə bilməmişdi.

.. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş nazirivə Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbiəməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın1-də isə Laçın rayonları bir güllə atılmadan azad edildi.

30 ilə yaxın erməni işğalında qalan bu qədim şəhərin bərpası vətarixi simasının özünə qaytarılması istiqamətində bu güngenişmiqyaslı infrastruktur layihələr həyata keçirilir. Vətənmüharibəsindən iki ay sonra ilk dəfə 2021-ci il yanvar ayının 14-dəŞuşaya səfər edən dövlət başçımız Əhmədbəyli-Füzuli-Şuşa avtomobilyolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzulirayonunda hava limanının təməlini qoymuş və yolun yeni işlənmişlayihəsinə körpü və tunellərin inşasının nəzərdə tutulduğunubildirmişdi. Həmçinin, Füzuli hava limanı ilə əlaqələndiriləcək buyoldan İsa bulağına yeni yolun çəkiləcəyinin də nəzərdə tutulduğunuqeyd edən Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanınıntikintisindən sonra turistlərin Şuşaya və xarici qonaqlarınFüzulidən Şuşaya çox rahatlıqla gələ biləcəklərini demişdi. 2021-ciilin "Şuşa İli" elan olunduğunu deyən dövlət rəhbərimiz qısa müddətərzində Şuşada böyük quruculuq işlərinə start verildiyini vəbununla da Böyük Qayıdışın başlandığını bəyan etmişdi. Şuşaya 39 ilöncə yanvar ayının 14-də gələn Prezident İlham Əliyev 2021-ci ilinhəmin günündə Şuşada olduğunu və bundan sonra Azərbaycan xalqınınbu qədim torpağımızda əbədi yaşayacağını bildirmişdi.

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev vəbirinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasına rəsmisəfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb TayyibƏrdoğanı və xanımı Əminə Ərdoğanı Şuşa şəhərində rəsmi olaraqqarşılamışdılar. Həmin gün dövlət başçıları "AzərbaycanRespublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlikmünasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalamışlar. Türkiyə iləAzərbaycanın uzun illərə söykənən dostluq, qardaşlıq əlaqələrininsarsılmazlığını, əbədiliyini özündə ehtiva edən Şuşa Bəyannaməsihəmişə bir yerdə olan və bir-birinin təhlükəsizliyini təmin edəniki dost və qardaş ölkənin 1921-ci ildə bağlanmış tarixi Qarsmüqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi. Ölkələrimizarasında mövcud olan münasibətləri yeni müttəfiqlik səviyyəsinəqaldıran Şuşa Bəyannaməsi bundan sonrakı əlaqələrin daha yüksəksəviyyədə inkişaf etməsində, bütün sahələr üzrə - siyasi, iqtisadi,müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər vəidman sahələrindəki imkan və potensialların birləşdirilməsindəmühüm rol oynayır. İkitərəfli münasibətlərin daha dagenişləndirilməsi və dərinləşdirilməsi baxımından müstəsnaəhəmiyyətə malik olan "Azərbaycan Respublikası ilə TürkiyəRespublikası arasında müttəfiqlik münasibətləri haqqında ŞuşaBəyannaməsi" hər iki dost, qardaş ölkənin bundan sonra da türkdünyasının birliyi, həmrəyliyi naminə birgə fəaliyyətlərini daha damöhkəmləndirəcəklərini təcəssüm etdirir. Qars müqaviləsinə, Dostluqvə Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıqvə Qarşılıqlı Yardım müqaviləsinə istinad edən Şuşa Bəyannaməsitarixən mövcud olan və heç bir zaman sarsılmayan dostluq, qardaşlıqmünasibətlərinin təsdiqidir. Regionda yeni siyasi-iqtisadimünasibətlərin təməlini qoyan, yalnız Azərbaycan və Türkiyə üçündeyil, bütün türk dünyasının inkişafına, təhlükəsizliyinə vəəməkdaşlığa etibarlı zəmin yaradan Şuşa Bəyannaməsi Zəngəzurdəhlizinin açılmasını və bununla da nəqliyyat-kommunikasiyaəlaqələrinin bərpasını da nəzərdə tutur ki, bu da iqtisadiyyatınşaxələndirilməsində mühüm amildir.

Dövlət başçımızın Şuşada səsləndirdiyi tarixi bəyanatıxatırlayaq: «Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu günbaşımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundansonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq,Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öztorpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxtbu torpaqlardan bizi tərpədə bilməz".

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdəbərpa-quruculuq, yenidənqurma işləri aparılır. 30 il düşmənəsarətində qalmış yurd yerlərimiz abadlaşır, bu yerlərə yeni nəfəs,daha gözəl, daha firavan həyat qayıdır. Dövlətçilik tariximizdəxüsusi yeri olan qədim torpağımız, baş tacımız, Qarabağ xanlığınınmərkəzi olan Şuşa da ölkə başçımızın dediyi kimi, dirçəldilir.

Şuşaya Böyük Qayıdışın bu gün - 8 may tarixində gerçəkləşəcəyigözlənilir.

32 il öncə 8 may tarixində işğal olunan, illər sonra ordumuztərəfindən azad edilən mədəniyyət paytaxtımıza qayıdışın bu təqviməsalınmasının mənəvi anlamını yəqin ki, izah etməyə heç gərək dəyoxdur.

Prezident İlham Əliyevin tapşırığı əsasında, Böyük QayıdışınŞuşa üzrə ilkin mərhələsinin reallaşması üçün demək olar ki, hərşey hazırdır.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzillibinalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələriindiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqətiməskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburiköçkünlərə verilir.

Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələlişəkildə davam etdiriləcək.

Şuşa həyata qayıdır...

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
4
Mənbələr
Şərh ()
Bağla