AZ

Toyda 44 yaşlı qadın güllələndi - FOTO/VİDEO

Toyda 44 yaşlı qadın güllələndi - FOTO/VİDEO

Türkiyənin Şanlıurfa bölgəsində keçirilən toy qanla bitib.

BAKU.WS xəbər verir ki, Ceylanpınar bölgəsindəki mərasimdə silahdan açılan atəş 44 yaşlı Zemzem Özdemiri yaralayıb.

Hadisə gəlin Saadet Karagözün evinə gətirilməsi zamanı baş verib.

Havaya atılan güllə gəlinin duvağını yerdən yığmağa çalışan Zemzemə dəyib. Hadisə yerinə təcili tibbi yardım və polis çağırılıb.

Yaralı qadın Ceylanpınar Dövlət Xəstəxaansına yerləşdirilb. Daha sonra Harran Araşdırmalar Universitetinə nəql edilib.

Bundan sonra toy yekunlaşıb. Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.

ToydaToydaToyda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla